» » Acundan təəccüblü hərəkət

Acundan təəccüblü hərəkət

Acundan təəccüblü hərəkət

Dünən "Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırım Əmrə Moru almaq üçün 10 milyon avro təklif etdiklərini açıqlayıb.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, bu məsələni efirdə müzakirə edərkən aparıcı Rıdvan Dilmen "Bu tranferə ən çox Acun (Acun İlıcalı-red.) sevinər" deyib.

"Fənərbaxça"nın azarkeşi olan iş adamı bu xəbərdən sonra etdiyi hərəkətlə diqqət çəkib. O, gecəyarısı sosial şəbəkə profilində Emre Moru və meneceri Muzzi Pzcanı izləməyə başlayıb. Eyni zamanda M.Özcanın da Acunu izlədiyi görülüb.

Bütün bundan sonra "Fənərbaxça"lı azarkeşlər bu transferdə Acunun da iştirak edəcəyini düşünürlər. Onlar Acunun ya danışıqlarda, ya da maddi anlamda komandaya dəstək olacağını iddia ediblər.

Interesting facts scroll top