» » "Ayrılsak da beraberiz"in homoseksual aktyoru illər sonra - (FOTO)

"Ayrılsak da beraberiz"in homoseksual aktyoru illər sonra - (FOTO)

"Ayrılsak da beraberiz"in homoseksual aktyoru illər sonra - (FOTO)
90-cı illərin tanınmış siması, VJ Bülent kimi tanınan 43 yaşlı Bülent Çarıkçı son halı ilə hər kəsi təəccübləndirib.

Ucarliyiq.biz - in Türkiyə mediasına istinadən məlumatına görə, homoseksual olduğunu açıqladıqdan sonra bir qadınla evlənən aktyor-aparıcı bu hərəkəti ilə gündəm olmuşdu. Homoseksual olduğu halda bir qadınla necə evlənməsi müzakirə edilən Bülent 2011-ci ildə xanımından boşanıb.

Hazırda radio verilişlərdən birinin aparıcısı olan Çarıkçı “Mənim sevimli həyat yoldaşım çox xoşbəxt idi, birlikdə çox gözəl vaxt keçirdik”, - deyə açıqlama vermişdi. İllər sonra ortaya çıxan VJ Bülentin görünüşünün dəyişməməsi diqqətdən qaçmayıb.

Sosial şəbəkədə fotoları yayılan Çarıkçıya “illərə meydan oxuyur” şərhi yazılıb.

Xatırladaq ki, Bülent Çarıkçı "Ayrılsaq da beraberiz" serialından "Leptop Rəcai" obrazı ilə tanınır.




scroll top