» » "Albomum həyatımı xilas etdi"

"Albomum həyatımı xilas etdi"

5 ildən çoxdur səhnədən uzaq olan müğənni Keşa “Sabahın xeyir Amerika” verilişinin qonağı olub.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, ifaçı yeni çıxartdığı “Göyqurşağı” (“Rainbow”) albomundan söz açıb:

“Bu albom mənim həyatımı xilas elədi. Oraya daxil olan hər bir mahnını mən özüm yazmışam və hər birinin arxasında bir ağrı var. Albomun adını da “Göyqurşağı” qoymaqda bir məqsədim var idi. Həyatı rəngarəng gördüyüm üçün, güclü olduğum üçün bu gün qarşınızdayam”.

Keşa uzun müddət sənətdən uzaq düşməyinin xəstəliyi ilə bağlı olduğunu desə də, hansı xəstəlikdən əziyyət çəkdiyini bildirməyib.
scroll top