» » "Hər kəsə bir Acun lazımdır" - Şeymadan məsləhət

"Hər kəsə bir Acun lazımdır" - Şeymadan məsləhət

"Hər kəsə bir Acun lazımdır" - Şeymadan məsləhət
Sentyabrda prodüser-aparıcı Acun İlıcalı ilə ailə qurmağa hazırlaşan Şeyma Subaşı vaxtilə qatıldığı “Varmısın yokmusun” verilişindən foto paylaşıb.

Ucarliyiq.biz - in Türkiyə mediasına istinadən məlumatına görə, Şeyma əvvəlki görünüşü ilə indiki görünüşünü müqayisə edərək bunları yazıb:

“2009-cu il, 19 yaş... Yumurta sarısı kimi saçlarım, gözlərdə linza, qaşlarım da yay kimi alınıb, başdan-başa makiyaj içindəyəm... Üstəlik indiki çəkimdən 7 kiloqram artığam, diş ətləri də bərbad... Şeyma Subaşı, hardan-haraya?”.

Şeyma şəkildə sevgilisi Acun İlıcalını da xatırlayıb. O, “Hər kəsə bir Acun lazımdır” sözlərini yazıb.

Qeyd edək ki, Acunla Şeymanın bir qızı var.

Interesting facts scroll top