» » "97 model maşınım və kirayə evimlə məni seçdiyin üçün..."

"97 model maşınım və kirayə evimlə məni seçdiyin üçün..."

Aktyor Tolqa Çevik 13 illik həyat yoldaşı Özge Çevikə evlilik ildönümü mesajı yazıb.

Ucarliyiq.biz Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor romantik ismarışı ilə sosial şəbəkədə hər kəsin alqışı ilə qarşılanıb. O, xanımına bunları yazıb:

“Məni 97 model maşınım 68 min kilometrində ikən və kirayədə yaşadığm dövrdə seçdiyin, mənə dözdüyün, gözəl həyat və hüzur bəs deyilmiş kimi iki xeyirli övlad verdiyin, ikisini də dayə tutmadan, rəfiqələrin gəzəndə uşaq saxladığın, fotomodellik edib “şəklimizi çəksinlər” demədiyin üçün sənə ayrıca aşiqəm. Sənin qədrini bilmək belə insana həzz verir. Birlikdə neçə 13 illərə, Özgiş xanım”.
Interesting facts scroll top