» » "Əkizlərimdən çox özüm ağlayıram"

"Əkizlərimdən çox özüm ağlayıram"

"Əkizlərimdən çox özüm ağlayıram"
Hollivud ulduzu Corc Kluni müsahibəsində atalıq hissindən və əkizlərindən danışıb.

Ucarliyiq.biz xarici mediaya istinadən xəbər verir ki, 3 ay əvvəl vəkil həyat yoldaşı Amal Kluni ilə birlikdə əkziləri Aleksandr və Ellanı qucağına alan aktyor qürurla uşaqlarının ağlamadığını deyib:

“Mən onlardan çox ağlayıram. Gündə 4 dəfə ağlayıram, çünki yorğunam. Keçmişdə bir çox dostumun uşağına xaç atası olmuşdum. Təxminən 20 uşağın xaç atasıyam. Ancaq indi əsl ata olmağın nə demək olduğunu başa düşürəm. Əkiz uşaq atası olmaq işlərin 2 qat çoxalması demək deyil, bundan daha artığıdır”.

Kluni uşaqlarına daha çox Amalın qulluq göstərdiyini deyib:

“Amal onları 2 saatdan bir ana südü ilə qidalandırır. Uşaqların analarına olan sevgisi göz qabağındadır. 56 yaşım var və bütün bunların baş verəcəyini düşünməmişdim. Elə düşünürdüm ki, həyatımda sadəcə kareyra olacaq. Ammalla qarşılaşandan sonra ailə həyatının gözəl olduğunu düşünməyə başladım. Qızım Ellanın gözələri anasının gözlərinə oxşayır”.
Interesting facts scroll top