» » "Anam bizə təcavüz edirdi"

"Anam bizə təcavüz edirdi"

"Anam bizə təcavüz edirdi"
50 yaşlı irlandiyalı müğənni Şneyd O'Konnor göz yaşları içində uşaqlığından danışıb.

Ucarliyiq.biz xarici mediaya istinadən xəbər verir ki, müğənni balacalığında anasının həm fiziki, həm də cinsi təcavüzünə məruz qaldığını deyib:

“Anam yaxşı deyildi. Sadist pedofil idi. Sanki şeytan onu ələ keçirmişdi. Biz işgəncə otağı qurmuşdu. Elə insan idi ki, sizi fiziki olaraq incidəndə üzündə həmişə gülüş olurdu. Anam məni və bacı-qardaşımı hər gün döyürdü. “kaş sən doğulmazdın” deyərək sitəm edər, oğlan uşağı olmağım üçün saçımı kəsər, oğlansayağı geyindirərdi. Səhər duranda anamızın ayaq səslərini eşidərdik və qorxunc bir gün başlayırdı. Qardaşımla mən qorxumuzdan yerimizi isladırdıq”.

Şneyd 13 yaşına kimi anasının işgəncələrinə dözdüyünü, sonra isə evdən qaçdığını söyləyib:

“Anam məni döyəndə “mən bir heçəm” deməyimi istəyirdi. Davamlı olaraq bunları deyəndə doğrudan bir heç olduğunuza inanırsınız. Anam 1986-cı ildə yol qəzasında öldü. Onu çoxdan bağışlamışam. Ona qulluq edə bilmədiyim, sevmədiyim üçün təəssüf edirəm. Eyni zamanda ona qollarımı dolayıb sevdiyimi söyləmədiyim üçün özümə də nifrət edirəm. Tez-tez intihara cəhd etməyimin səbəbi də budur. Onun üçün çox darıxmışam. Səbirsizliklə onunla cənnətdə görüşəcəyim günü gözləyirəm”.



Interesting facts scroll top