» » Kənan ayda 1 milyon qazanacaq

Kənan ayda 1 milyon qazanacaq

Kənan ayda 1 milyon qazanacaq

“Kanal D”də yayımlanacaq “Fatih” serialının baş rolunda oynayacaq Kənan İmirzalıoğlunun alacağı maaş bəlli olub.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyor hər seriya üçün 350 min (təxminən 175 min AZN), aya 1 milyon 400 min lirə (təxminən 700 min AZN) pul qazanacaq.

Qeyd edək ki, böyük büdcəli serialda Fatih Sultan Mehmeti canlandıracaq aktyor imicində dəyişiklik də edib. O, yeni obrazı üçün kökəlib və saqqal saxlayıb.

Kənanın həyat yoldaşı Sinem Kobal isə “Show TV” efirə gedəcək “Gecenin ötesi” serialında rol alacaq. Aktyorla ailə qurmamışdan öncə hər həftəsi üçün 30 min lirə (təxminən 15 min AZN) qazanan aktrisanın maaşı bu dəfə 40 min lirə (təxminən 20 min AZN) olacaq.

Interesting facts scroll top