» » Gülben Ergen keçmiş ərini özündən uzaqlaşdırdı

Gülben Ergen keçmiş ərini özündən uzaqlaşdırdı

Gülben Ergen keçmiş ərini özündən uzaqlaşdırdı
Müğənni Gülben Ergen keçmiş aparıcı əri Erhan Çeliki məhkəməyə verib.

Ucarliyiq.biz - in Türkiyə mediasına istinadən məlumatına görə, ifaçının eks-əri haqda uzaqlaşdırma qərarı verilib. Erhan Çelik bundan sonra Gülben Ergen və onun 3 oğluna 50 metr məsafədən artıq yaxınlaşa bilməz. Qərar 3 ay qüvvədədir.

Qeyd edək ki, dünən TRT 1-dəki vəzifəsindən istefa verən Çelik bunları deyib:

“Artıq danışmaq qadağam yoxdur. Həmin qadının evli ola-ola xəyanəti ilə bağlı bütün faktları və sübutları, görüntüləri məhkəməyə təqdim edəcəyəm. Bu əxlaqsız vəziyyətin tərəfləri ilə hakim qarşısında hesablaşacağam”.
scroll top