» » Amal Kluninin gəlinliyi muzeyə qoyuldu

Amal Kluninin gəlinliyi muzeyə qoyuldu

Hyuston muzeyində məşhur mərhum dizayner Oskar de la Rentaya həsr olunmuş sərgi açılıb.

Ucarliyiq.biz xarici mediaya isitnadən xəbər verir ki, sərgidə nümayiş etdirilən libaslardan biri də dizaynerin ölümündən bir qədər əvvəl hazırladığı, Hollivud ulduzu Corc Kluninin xanımı Amal Klunini gəlinliyi olub. Oskarın 70 müxtəlif işi arasında sərgilənən gəlinlik 2014-cü ildə tikilib.

Sərginin kuratoru Andre Leon Tellinin bildirdiyinə görə, əslində bu paltarı daha əvvəl nümayiş etdirmək istəsələr də, Amal toyundan bir qədər vaxt keçməsini istədiyi üçün gəlinliyi gec təhvil verib.

Xatırladaq ki, Oskar de la Renta 2014-cü il oktyabrın 20-də dünyasını dəyişib.


Amal Kluninin gəlinliyi muzeyə qoyuldu

scroll top