» » Boşanmadığını bu şəkillə sübut etdi

Boşanmadığını bu şəkillə sübut etdi

Boşanmadığını bu şəkillə sübut etdi
Çoxdandır efirlərdə görünməyən aparıcı Anfisa Çexova barəsində gəzən xəbərlərə açıqlama gətirib.

Ucarliyiq.biz rus mətbuatına istinadən xəbər verir ki, yay boyu aparıcının aktyor əri Quram Babliaşvili, oğlu Solomon ilə şəkil paylaşmaması və ərinin Gürcüstana getməsi cütlüyün boşanması barədə xəbərlərin yayılmasına səbəb olub.

İnstaqram səhifəsində həyat yoldaşı və oğlu ilə çəkdirmiş yeni fotosunu yerləşdirən Anfisa yayılan şaiyələrə son qoyub. O, ərindən boşanmadığını, sadəcə işləri ilə bağlı özünün xarici ölkələrdə, Quramın isə Gürcüstanda olduğunu qeyd edib.

Xatırladaq ki, cütlük 2009-cu ildən görüşür. 2012-ci ildə Çexova və Babliaşvilinin oğlu dünyaya gəlib. 2015-ci ildə isə onlar rəsmi nikaha daxil olublar.

scroll top