» » Perihan Savaş yeni serialla ekranlara qayıdır

Perihan Savaş yeni serialla ekranlara qayıdır

“Yeşilçam” ulduzu Perihan Savaş illər sonra ekranlara qayıdır.

Ucarliyiq.biz Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa “Ay Yapım”ın istehsalı olan “Çukur” serialında çəkiləcək. Perihan ekran işində Koçovalı ailəsinin başçısı Sultan obrazını canlandıracaq.

Qeyd edək ki, ssenarisini Gökhan Horzumun yazdığı, Sinan Öztürkün rejissorluğu ilə çəkilən serialda Aras Bulut İynemli, Dilan Çiçek Deniz, Mustafa Üstündağ kimi məşhurlar çəkilib.
scroll top