» » Arvadı müğənninin ölüm xəbərini təkzib etdi: "Sağdır və yanımdadır"

Arvadı müğənninin ölüm xəbərini təkzib etdi: "Sağdır və yanımdadır"

Opera müğənnisi Dmitri Xvorostovskinin ölümü ilə bağlı yayılan xəbərlər təkzib edilib.

Ucarliyiq.biz Rusiya mediasına istinadən xəbər verir ki, 55 yaşlı sənətçinin xanımı Florans açıqlamasında ərinin sağ olduğunu deyib:

“Ərim yaxşıdır və evdə xoşbəxt şəkildə mənim yanımdadır. Bu cür xəbərlər yazan insanları lənətə gəlsinlər”.

Qeyd edək ki, Dmitri Xvorostovskinin oktyabrın 16-da 55 yaşı tamam olacaq.
scroll top