» » Mustafa Ceceli 5 minə filippinli dayə tutdu

Mustafa Ceceli 5 minə filippinli dayə tutdu

Müğənni Mustafa Cecelinin filippinli dayə tutması həyat yoldaşı Selin İmerin hamilə olması xəbərini yenidən gündəmə gətirib.

Ucarliyiq.biz Türkiyə mediasına istinadən xəbər verir ki, İmerin 4 həftəlik hamilə olduğu deyilir. İkinci dəfə ata olacağını öyrənən Mustafa körpəsi üçün indidən hazırlıqlara başlayıb.

O, filippinli dayəyə 5 min lirə (təxminən 2500 manat) maaş verəcək.

Qeyd edək ki, bir qədər əvvəl ceceli ilə xanımı uşaqlarının olacağı xəbərini inkar etmişdilər.

Xatırladaq ki, Mustafa Ceceli 9 illik həyat yoldaşı Sinem Gedikdən boşandıqdan sonra Selin İmerlə ailə qurub. Müğənninin əvvəlki nikahından bir oğlu var.
scroll top