» » "Məni zorlamaq istədi" - Colidən illər sonra etiraf

"Məni zorlamaq istədi" - Colidən illər sonra etiraf

Dünya şöhrətli prodüser Harvi Vaynşteyn əleyhinə zorlama iddiaları getdikcə artır.

Ucarliyiq.biz xarici mediaya istinadən xəbər verir ki, belə iddia ilə çıxış edənlərdən biri də Hollivud ulduzu Ancelina Coli olub. O, Vaynşteynin ona təcavüz etmək istədiyini deyib:

“23 yaşım var idi. Mənim də Harvi ilə bağlı pis xatirələrim var. 1998-ci ildə otel otağında məni zorlamaq istədi. Ondan sonra onunla işləməyi dayandırdım. Dünyanın harasında olursan-ol, qadınlaraq qarşı belə davranış qəbul edilə bilməz”.
scroll top