» » Tanınmış aktrisa evində ölü tapıldı

Tanınmış aktrisa evində ölü tapıldı

Gürcüstan aktrisası Lika Kavjaradze Tbilisidə yaşadığı mənzildə ölü tapılıb.

Ucarliyiq.biz xarici KİV-ə istinadən xəbər verir ki, 58 yaşlı aktrisanın ölümünün səbəbi barədə rəsmi məlumat verilmir.

Lakin yaxınları onun ürəktutmasından dünyasını dəyişdiyini bildiriblər.

Bundan başqa, hazırda Gürcüstan Daxili işlər Nazirliyinin əməkdaşları faktla bağlı araşdırma aparırlar.

Qeyd edək ki, L.Kavjaradze əsasən Marita obrazı ilə Tenqiz Abuladzenin 1976-cı ildə lentə aldığı "Arzu ağacı” filmindən sonra məşhurlaşıb.

scroll top