» » Ermənistanda daha iki nəfər “donuz qripi”ndən öldü

Ermənistanda daha iki nəfər “donuz qripi”ndən öldü

Ermənistanda daha iki nəfər “donuz qripi”ndən öldü

7 nəfər ağır vəziyyətdədir.

Yanvar ayının 17-də Ermənistanda daha iki H1N1 virusundan (“donuz qripi”) ölüm hadisəsi qeydə alınıb.

ucarliyiq.biz “Novosti Armenii”ya istinadən xəbər verir ki, Ermənistanın Səhiyyə nazirliyinin məlumatına görə, onlar yanvar ayının 9-da ağciyərin ikitərəfli sətəlcəmi diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yatırılıblar.

Hər iki pasient süni nəfəsalma aparatına qoşulub.

Bu gün üçün daha 7 nəfər ağciyər sətəlcəmi diaqnozu ilə ağır vəziyyətdə xəstəxanadadırlar.

Həkimlər onların həyatı üçün mübarizəni davam etdirir.

Beləliklə, Ermənistanda “donuz qripi”ndən ölənlərin sayı bu gün üçün 16 nəfərdir.

  1. Neyse 18 yanvar 2016 21:27


    Deyrem bu kokleri uzulmuwler iki iki ne vaxta olub qurtararlar.Canlarinda qalmiw bizlerden uzaq!!


scroll top