» » ABŞ Rusiyanı özünə əsas qlobal təhlükə sayır

ABŞ Rusiyanı özünə əsas qlobal təhlükə sayır

ABŞ Rusiyanı özünə əsas qlobal təhlükə sayır

“Rusiyanın hərbi sistemi ABŞ-ın üstünlüyünə istiqamətlənmiş təhlükədir”.

ABŞ-ın təhlükəsizliyi üçün qlobal strateji təhlükələr siyahısında birinci yerdə Rusiyadır. 

ucarliyiq.biz Rosbalt-a istinadən xəbər verir ki, bunu ABŞ Senatında silahlı qüvvələr üzrə komitədə çıxışı zamanı müdafiə naziri Eşton Karter deyib.

“Karter ABŞ üçün beş qlobal təhlükə sadalayıb  - Rusiya, Çin, Şimali Koreya, İran və terroizm”, - Müdafiə Nazirliyinin cümə axşamı dərc edilən press-relizində bildirilib.  

Müdafiə Nazirliyi “büdcənin planlaşdırılması və tərtib edilməsi”ndə bu təhlükələri rəhbər tutur, - Karter qeyd edib.

Bununla yanaşı, Karter Rusiya və Çin “bəzi sahələrdə ABŞ-ın üstünlüyünə istiqamətlənmiş, inkişaf etmiş və işlənməsi davam edən hərbi sistemləri olan rəqiblər” adlandırıb, - məlumatda deyilir.

“Təhlükəsizlik sahəsində bugünkü vəziyyət, 25 il bundan əvvəlkindən çox fərqlənir. O, yeni investisiyalar və addımlar tələb edir”, - Karter senatorlara deyib.

Pentaqonda bəyan ediblər ki, yeni baza büdcəsi üçün 523,9 dollardan 582,7 milyard dollara qədər vəsait tələb edilir. Bundan 58,8 milyard dollar xarici əməliyyatların maliyyələşdirilməsi üçün tələb olunur. 

scroll top