» » Kerri çamadanla bağlı suala cavab verdi

Kerri çamadanla bağlı suala cavab verdi

Kerri çamadanla bağlı suala cavab verdi

ABŞ-ın dövlət katibi musiqiyə həvəsi barədə də danışıb.

ABŞ-ın dövlət katibi Con Kerri Moskvaya gətirdiyi qırmızı çamadanın içində nə olduğunu bildirməkdən imtina edib. 

ucarliyiq.biz İnterfax-a istinadən xəbər verir ki, Kerri qeyd edib ki, bu barədə yalnız o, və Rusiya prezidenti Vladimir Putin bilir.

“Bu sirdir. Yalnız prezident Putin və mən onun içində nə olduğunu bilirik”, - Kerri jurnalistlərin suallarını cavablandırıb.

ABŞ-ın dövlət katibi özü ilə gitara gətirməsinin səbəbini isə müsiqiyə olan sevgisiylə izah edib.

“Siz YouTube-da mənim kiçik bir orkestrla qarajda necə ifa etdiyimi izləyə bilərsiniz. Əlbəttə ki, bu peşakar musiqi deyil, mən yalnız özüm üçün ifa edirəm”, - o, əlavə edib.

scroll top