» » Qarabağda daha bir erməni əsgəri ölüb

Qarabağda daha bir erməni əsgəri ölüb

Qarabağda daha bir erməni əsgəri ölüb

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunda erməni əsgəri ölüb. 

Ucarliyiq.biz-ın xəbərinə görə, bu barədə məlumatı Ermənistan Müdafiə nazirliyi yayıb.

Məlumata əsasən, 1998-ci il təvəllüdlü əsgər Karen Armenoviç Avetisyan naməlum şəraitdə aldığı ağır xəsarətdən ölüb.

Hadisənin təfərrüatlarının aydınlaşdırılması üçün araşdırma aparılır.

Xatırladaq ki, aprelin 24-də saat 17:50 radələrində atəşkəs rejimini pozan 1997-ci il təvəllüdlü Harek Arutunyan Azərbaycan Ordusunun cavab atəşi ilə məhv edilib.

scroll top