» » Roqozin: Rusiya Azərbaycana silah tədarükünə davam edəcək

Roqozin: Rusiya Azərbaycana silah tədarükünə davam edəcək

Roqozin: Rusiya Azərbaycana silah tədarükünə davam edəcək

Sarkisyan Medvedev ilə görüşdə narazılığını bildirib.

Rusiya Azərbaycana strateji tərəfdaşı kimi müqaviləyə müvafiq olaraq silah tədarükünə davam edəcək.

Ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin bəyan edib.

2015-ci ilin əvvəlində Rusiyanın Azərbaycana T-90C tanklarını tədarük etməsi məlum oldu. Daha öncə “Rosoboroneksport”da bildirmişdi ki, Rusiya 2010-cu ildə bağlanılmış sazişə görə, iri silah tədarükü partiyasını 2017-ci ildə başa çatdıracaq. 

Agentliyin məlumatına görə, söhbət T-90C tanklarını üç taboruna və ZPM-3 (100-ə yaxın maşın) üç taboruna, eləcə də özügedən artilleriya, reaktiv yaylım atəş sistemləri və ağır odsaçan sistemlərə dair müqavilədən gedir.

Tanklarla bir yerdə Azərbaycan T-90 bazasında zirehli təmir-təxliyə maşınları ZTTM-1M və mühəndis maşınları MM-3M alır, reaktiv yaylım atəş sistemlərinin silah və buraxılış qurğularına xidmət və atəşin idarəsi üçün lazım olan bütün maşınlar alınır. Tanklar mükəmməl seriya komplektində alınır, bura optik-elektron sistemin yeni modifikasiyası, kondisioner və hədəfi müşayiət edən avtomat da daxildir.

Daha öncə Ermənistan prezidenti Serj Sarkisyan Dmitri Medvedev ilə görüşdə Rusiya silahının Azərbaycana satılmasına dair narazılıq bildirmişdi. 

scroll top