» » İtaliyada milli matəm elan edildi

İtaliyada milli matəm elan edildi

İtaliyada milli matəm elan edildi

İtaliyada avqustun 24-ə keçən gecə ölkənin mərkəzində baş verən güclü zəlzələ qurbanlarının xatirəsinə milli matəm elan edilib. 

Ucarliyiq.biz TASS-ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Şurasının mətbuat xidməti bildirib.

“Avqustun 27-də Askoli Piçonedə ölənlərin dəfnetmə mərasimi baş tutacaq, mərasimdə ali rəhbərliyin nümayəndələri də iştirak edəcəklər. Bununla yanaşı, Nazirlər Şurası milli matəm elan edir”, - Kici sarayının rəsmi bəyanatında deyilir. 

Avqustun 24-də yerli vaxt ilə saat 03:36-da 6,0 maqnituda, daha sonra isə 5,4 maqnituda ilə təkanlar olub. Son məlumata görə, üç britaniyalı daxil olmaqla 268 nəfər ölüb, 387 nəfər xəsarət alıb, iki mindən çox adam evsiz qalıb.  


ucarliyiq.biz

scroll top