» » Səudiyyə Ərəbistanından neft hasilatı ilə bağlı açıqlama

Səudiyyə Ərəbistanından neft hasilatı ilə bağlı açıqlama

Səudiyyə Ərəbistanından neft hasilatı ilə bağlı açıqlama

Səudiyyə Ərəbistanı neft hasilatını razılaşmada göstərilən miqdardan daha çox azaldacağına işarə edib.

Ucarliyiq.biz-ın məlumatına görə, “Marja” “Bloomberg”-ə istinadən xəbər verir ki, bu sürpriz anons, Rusiya və digər bəzi Neft İxrac Edən Ölkələr Birliyinə (OPEK) daxil olmayan ölkələrin gələn il istehsalı azaltmağa dair razılaşmasının ardından verilib.

OPEK-in 2001-ci ildən bu yana ilk dəfə rəqibləri ilə razılığa gəlməsi və Səudiyyə Ərəbistanının şərhləri, davam edən həddindən artıq təklif və rekord neftbaza ehtiyatları şəraitində, istehsalçıların qlobal neft bazarında nəzarəti yenidən təmin edilə bilinməsi üçün xərclənən güclü səylərinə işarə edir.

Analitiklər bildirirlər ki, “Bu vəziyyət, Ər-Riyadın bazarı yenidən balanslaşdırmağa dair öhdəliyini göstərir və OPEK-in razılaşmanı tətbiq edib-etməyəcəyinə dair narahatlıqları aradan qaldırmağa çalışır”. 

Neftin qiymətləri OPEK-in 30 noyabrda son səkkiz ildə ilk dəfə istehsalı azaltmaq barədə razılaşmasından bu yana təxminən 20% bahalaşıb. 

Qeyd edək ki, OPEK-in 2014-cü ildə “istədiyin qədər hasil et” qərarına liderlik edən Səudiyyə Ərəbistanı, neft bazarına nəzarəti təkrar ələ keçirmək istəyirdi. 

OPEK və OPEK-ə daxil olmayan ölkələrin istehsalı azaltmaq planı dünya neftinin 60%-ni çıxaran ölkələri əhatə edir. Plana ABŞ, Çin, Kanada, Norveç və Braziliya kimi əhəmiyyətli istehsalçılar qoşulmayıb.

scroll top