» » Taylandın kralı dünyasını dəyişdi

Taylandın kralı dünyasını dəyişdi

Taylandın kralı dünyasını dəyişdi

Taylandın kralı Pxumipon Adulyadet 88 yaşında dünyasını dəyişib. 

Ucarliyiq.biz “Reuters”-ə istinadən xəbər verir.

Bir müddət əvvəl, 10 oktyabrda onun səhhətinin ağırlaşması barədə xəbər yayılmışdı. Məlumata əsasən, Adulyadet hemodializ prosedurundan keçirdi.

Çakri sülaləsinə mənsub olan Adulyadet 1927-ci ildə ABŞ-da dünyaya gəlib, bir il sonra ailəsi Taylanda köçüb, daha sonra isə o, İsçevrəyə oxumağa gedib.

O, taxta 1946-cı ildə oturub. O vaxtdan bəri heç bir dövlət çevrilişi Adulyadeti taxtdan sala bilməyib. 

O, Tayland tarixində ən uzunmüddətli hökmranlıq edən monarx sayılır. Ehtimal olunur ki, taxta onun yeganə oğlu Maxa Vaçiralonqkorn çıxacaq.

ucarliyiq.biz

scroll top