» » Putin və Ərdoğan arasında telefon danışığı olub

Putin və Ərdoğan arasında telefon danışığı olub

Putin və Ərdoğan arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. 

Ucarliyiq.biz-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Kremlin məlumatında bildirilir.

Prezidentlər telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər. 

“Tərəflər atəşkəs rejiminin möhkəmləndirilməsi məqsədi ilə birgə işi, habelə, Astana və Cenevrə formatlarında keçirilən Suriyaya dair danışıqlar prosesinə dəstəyi davam etdirmək niyyətində olduqlarını bildiriblər”, - məlumatda deyilir.

Putin və Ərdoğan Suriyanın Xan Şeyxun şəhərində aprelin 4-də kimyəvi silahdan istifadə ilə bağlı insidentin tezliklə beynəlxalq səviyyədə obyektiv və hərtərəfli araşdırılmasının vacibliyini qeyd ediblər.    

scroll top