» » İŞİD İstanbuldakı terror aktına görə məsuliyyəti üzərinə götürüb

İŞİD İstanbuldakı terror aktına görə məsuliyyəti üzərinə götürüb

İŞİD İstanbuldakı terror aktına görə məsuliyyəti üzərinə götürüb

“İslam dövləti” terror təşkilatı İstanbulda “Reina” gecə klubuna hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Ucarliyiq.biz-ın məlumatına görə, bu barədə Reuters nəşri yazır.

Bundan əvvəl məlumat verilirdi  ki, terror aktında İŞİD qruplaşması ilə bağlı olan Özbəkistan və ya Qırğızıstan vətəndaşı şübhəli bilinir.

Xatırladaq ki, Yeni il gecəsi Türkiyənin İstanbul şəhərinin Ortaköy rayonundakı gecə klublarından birinə silahlı hücum olub. Terror aktı nəticəsində 39 nəfər ölüb, onların 16-sı xarici ölkə vətəndaşıdır.

Yerli vaxtla 01.15-də edilən silahlı hücum nəticəsində 69 nəfər yaralanıb.

scroll top