» » Baş nazir “Brexit” zamanı veto hüququndan istifadə edilməyəcəyini bildirib

Baş nazir “Brexit” zamanı veto hüququndan istifadə edilməyəcəyini bildirib

Baş nazir “Brexit” zamanı veto hüququndan istifadə edilməyəcəyini bildirib

Böyük Britaniyanın baş naziri Tereza Mey ölkənin Avropa İttifaqından çıxışına hazırlıqlar fonunda Şotlandiya, Uels və Şimali İrlandiyadan olan həmkarlarına bu prosesdə veto hüququ olmayacağına dair xəbərdarlıq edib.

Ucarliyiq.biz məlumat verir ki, bu barədə “Report” “Vesti”yə istinadən xəbər verir.

Britaniyanın “The Guardian” qəzeti T.Meyin yaxın zamanlarda Kardiffdə milli liderlərlə görüşəcəyini və görüş zamanı Aİ-dən çıxış prosesi barədə fikir müzakirə etmək üçün ortaq nazirlər komissiyası iclası keçiriləcəyini yazıb.

Qeyd edək ki, daha əvvəl Şotlandiya və Uelsin nazirləri Nikola Starcen və Karuin Cons dəfələrlə vahid Aİ bazarına tam çıxış imkanı verməyən sərt "Brexit"in olma ehtimalını qəbul etməyəcəklərini açıqlayıblar. T.Mey isə bunun baş verməyəcəyini açıqlayıb.

“Biz hər şeydə razılığa gəlməyəcəyik, amma bu o demək deyil ki, biz lazımi danışıqlardan yayınacağıq. Ümid edirəm ki, gələcəkdə konstruktiv müzakirələr aparacağıq”, - deyə britaniyalı nazir görüş ərəfəsindəki rəsmi bəyanatında bildirib.
Britaniya hökumətinin başçısı vurğulayıb ki, Ali Məhkəmənin Lissabon müqaviləsinin 50-ci maddənin başlanması təşəbbüsü haqqında ötən həftə çıxardığı qərar Aİ-dən çıxış prosesinin hökumət və Böyük Britaniya parlamentinin səlahiyyətlərinə aid olduğunu açıq-aydın göstərir.

Interesting facts scroll top