» » Naməlum şəxslər Rusiya Qvardiyasının əməkdaşlarını atəşə tutublar – YENİLƏNİB

Naməlum şəxslər Rusiya Qvardiyasının əməkdaşlarını atəşə tutublar – YENİLƏNİB

Naməlum şəxslər Rusiya Qvardiyasının əməkdaşlarını atəşə tutublar – YENİLƏNİB

Rusiyanın Həştərxan şəhərində hərbçilərə hücum etməkdə şübhəli bilinən 4 silahlı məhv edilib.

Ucarliyiq.biz-ın APA-ya istinadən məlumatına görə, bu barədə Rusiya Milli Qvardiyasından bildiriblər.

Əməliyyatın təfərrüatları barədə məlumatın az sonra veriləcəyi bildirilir. 

09:16

Naməlum şəxslər hüquq-mühafizə orqanlarının Həştərxanda öldürülmüş iki polis əməkdaşının qatillərinin axtarışı zamanı Rusiya Qvardiyasının 3 əməkdaşına avtomobildən atəş açıblar.

Ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin region üzrə idarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Həştərxanda öldürülmüş polis əməkdaşlarının qatilləri saxlanılması ilə əlaqədar həyata keçirilən operativ-axtarış tədbirləri çərçivəsində şəhərin bir sıra yerlərində polis postları qurulub. Lenin rayonundakı postlardan birində Rusiya Qvardiyasının əməkdaşlarına açılmış atəş nəticəsində qvardiyanın 3 əməkdaşı yaralanıb.

İlkin ehtimala görə, hücum edənlər də 3 nəfər olub. Onlardan biri atışma zamanı öldürülüb.

Mənbə həmin şəxslərin polis əməkdaşlarını qətlə yetirmiş qatillər olduğunu istisna etməyib.

scroll top