» » Zakir Həsənov Milli Qəhrəmanın il mərasimində – FOTO

Zakir Həsənov Milli Qəhrəmanın il mərasimində – FOTO

Zakir Həsənov Milli Qəhrəmanın il mərasimində – FOTO

Ölkəmizin ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adına layiq görülmüş Murad Telman oğlu Mirzəyevin Bakının Yasamal rayonunda il mərasimi keçirilib.

Bu barədə Ucarliyiq.biz-a Müdafiə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, qəhrəmanın məzarı ziyarət edilərək qarşısına Müdafiə Nazirliyi, Yasamal rayon icra hakimiyyəti və xidmət etdiyi hərbi hissənin şəxsi heyəti adından əklillər qoyulub, xatirəsi ehtiramla yad edilib.

Şəhid zabitin yaşadığı binanın qarşısında xatirə lövhəsinin təntənəli açılışı olub, ruhuna dualar oxunaraq ehsan verilib.
Milli Qəhrəmanın anım mərasimində Müdafiə Nazirliyinin, Yasamal və Sabirabad rayon icra hakimiyyətlərinin rəhbərliyi, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin atası Telman Mirzəyev oğlunun şəhidliyindən ötən bir il ərzində  qəhrəmanın ailəsinin ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edərək Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib.







Interesting facts scroll top