» » Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb – FOTO

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb – FOTO

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb – FOTO

NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 54 hərbi qulluqçusu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Bu barədə Ucarliyiq.biz-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.






scroll top