» » “Bank of America”dan “qara qızıl”ın qiymətinə dair – PROQNOZ

“Bank of America”dan “qara qızıl”ın qiymətinə dair – PROQNOZ

“Bank of America”dan “qara qızıl”ın qiymətinə dair – PROQNOZ

Neft hasilatının azaldıması ilə bağlı OPEK və kartelə üzv olmayan neft hasilatçısı ölkələrinin 30 noyabr 2016-cı il Vyana anlaşmasının müddətini 6 ay deyil, 3 ay uzadacağı gözlənilir. 

Ucarliyiq.biz-ın məlumatına görə, “Report” “Forexpf.ru” saytına istinadən xəbər verir ki, bu proqnozla “Bank of America” investisiya bankı çıxış edib. 

Bankın proqnozuna əsasən, anlaşmanın uzadılmasının müsbət təsiri artıq neft qiymətlərində öz əksini tapıb. Bankın ekspertlərinin fikrincə, anlaşmanın iştirakçıları daha ehtiyatlı mövqe tutaraq prosesin necə cərəyan edəcəyini görmək istəyəcək.

“Bank of America”, həmçinin Səudiyyə Ərəbistanının 2018-ci ilin II yarısında “Saudi Aramco” dövlət neft şirkətinin 5% səhmlərini qlobal fond birjalarında özəlləşdirməsi fonunda neft qiymətlərinə bu tarixə qədər dəstək verəcəyini ehtimal edir.

Interesting facts scroll top