» » Qırğızıstan prezidentinin qızı sinəsini açdı – FOTO

Qırğızıstan prezidentinin qızı sinəsini açdı – FOTO

Qırğızıstan prezidentinin qızı sinəsini açdı – FOTO

Qırğızıstan prezidenti Almazbek Atambayevin ixtisasca dizayner olan kiçik qızı Aliya Şaqiyevanın sosial şəbəkələrdə paylaşdığı fotosu ölkədə səs-küy yaradıb.

Ucarliyiq.biz “Qafqazinfo”ya istinadən xəbər verir ki, sinəsi açıq uşağını əmizdirərkən çəkilən fotoya istifadəçilər “siz axı prezident qızısınız, sinəni belə açmaq olmaz” kimi şərhlər yazıblar. Prezidentin qızı isə sosial şəbəkədə həmin fotosunu paylaşaraq onu tənqid edənlərə cavab verib:

“Bu paylaşımda mən iki səhvdən biri ilə bağlı düşüncələrimi bölüşmək istəyirəm. Birinci səhv: qadın sinəsinin seksuallaşdırılması. İkinci səhv: valideynləri yüksək vəzifə tutan insanların diskriminasiyası. 

Qadın sinəsi uşağı əmizdirmək kimi vacib funksiyası olan bədənin bir hissəsidir və heç bir halda seksual obyekt deyil. Qadın sinəsi çoxlarımızın hesab etdiyi kimi vulqarlıq və ədəbsizlik predmeti deyil. Qadın sinəsinin ədəbsizlik və sekslə əlaqəli olmasına dair bizi uzun zamandır ki, inandırmağa çalışırlar. Bu ideya kinemotoqrafiyada, ədəbiyyatda, reklam industriyasında da təbliğ edilir. 

Cəmiyyət sinəni seksuallıq, cəlbedicilik predmetinə çevirir, sonra da plastik həkimlərə müraciət edən qadınları qınayırlar. 

Cəmiyyət deyir ki, analıq gözəldir, lakin süd verən qadına baxanda “fu, necə də utanmır” deyir. Qəribədir, deyilmi?

Burada günahkar yoxdur. Bu, dar çevrədir, hər kəs özündən başlamalıdır, öz düşüncəsindən və mən belə də edirəm”. 






scroll top