» » Sankt-Peterburqda partlayış, xəsarət alan var

Sankt-Peterburqda partlayış, xəsarət alan var

Sankt-Peterburqda partlayış, xəsarət alan var

Rusiyanın Sankt-Peterburq şəhərində baş vermiş partlayış nəticəsində bir nəfər xəsarət alıb.

Ucarliyiq.biz-ın APA-ya istinadən xəbərinə əsasən, partlayış Vasilyev adasındakı Çernışevski adına kitabxananın qarşısında baş verib.   

Məlumata görə, partlayıcı qurğu 14-15 yaşlı yeniyetmənin əlində partlayıb. Partlayış nəticəsində əlsiz qalan gənc təcili xəstəxanaya çatdırılıb.

Şahidlərin sözlərinə görə, yeniyetmənin kitabxananın yaxınlığında yerdən götürdüyü əşya onun əlində partlayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, araşdırma aparılır.  

scroll top