» » Hələbdə terror aktı: 70 nəfər ölüb

Hələbdə terror aktı: 70 nəfər ölüb

Hələbdə terror aktı: 70 nəfər ölüb

Suriyanın Hələb şəhərinin Raşidin rayonunda törədilən terror aktı nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb, təqribən 130 nəfər yaralanıb.

Ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Suriyanın “Əl-İxbariyyə” dövlət telekanalının bir az əvvəl yaydığı məlumata görə, hadisəyə səbəb sərnişin avtobuslarının dayandığı yanacaqdoldurma məntəqəsi yaxınlığında kamikadzenin özünü partlatmasıdır.

Fua və Kefrayə yaşayış məntəqələrindən təxliyə edilmiş sakinlərin olduğu avtobusların bir qismi terrorçuların nəzarəti altında olan Raşidin rayonu ərazisində qalıb. Bu yaşayış məntəqələri üç ildən çoxdur ki, yaraqlıların mühasirəsindədir. Orada 20 minə yaxın insan yaşayır.

scroll top