» » Türkiyə prezidenti referendumda səs verib

Türkiyə prezidenti referendumda səs verib

Türkiyə prezidenti referendumda səs verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul şəhərində konstitusiya dəyişiklikləri ilə əlaqədar referendumda səs verib.

Ucarliyiq.biz Trend-ə istinadən xəbər verir ki, daha əvvəl Türkiyənin baş naziri Binali Yıldırım və digər rəsmi şəxslər səs veriblər.

Səsvermə prosesi Türkiyənin şərq vilayətlərində yerli vaxtla saat 07:00-da, qalan vilayətlərdə 08:00-da başlayıb.

Məntəqələr müvafiq olaraq saat 16:00 və 17:00-da bağlanacaq.

Ölkənin prezident idarə formasına keçidini nəzərdə tutan konstitusiya dəyişiklikləri ilə əlaqədar referendumda 55 milyona yaxın seçiçi iştirak edəcək.

Türkiyə xaricində yaşayan 3 milyona yaxın seçici dünyanın 57 ölkəsində səs verib.

Qeyd edək ki, ölkə xaricində səsvermə prosesi martın 27-dən aprelin 9-dək baş tutub. Sərhəd-keçid məntəqələrində isə martın 27-i başlayan səsvermə aprelin 16-dək davam edəcək.

scroll top