» » Azərbaycanlı hərbçilər dünyanın ən çətin təlimində – VİDEO

Azərbaycanlı hərbçilər dünyanın ən çətin təlimində – VİDEO

Azərbaycanlı hərbçilər dünyanın ən çətin təlimində – VİDEO

Türkiyə Silahlı Qüvvələri xüsusi təyinatlı qüvvələrinin “İsparta Eğirdir Dağ Xüsusi Təyinatlı” məktəbində xüsusi təyinatlıların təlimi baş tutub.

Ucarliyiq.biz baku.ws-ə istinadən xəbər verir ki, 27 həftə davam edən kursun yayılan görüntüləri görənlərin nəfəsini kəsir.

Türkiyənin dörd bir yanından könüllük prinsipinə uyğun olaraq seçilən, fiziki və psixoloji testlərdən keçirilən 51 komando namizədi qeyri-mümkün göstərişləri bacarmaq üçün çalışır. Bu komandolar kursu bitirdikdən sonra imtiyazlı statusa sahib olur və Komando birliklərində işləmək üçün prioritet personal ünvanını alır.

Ölümə meydan oxuyanlar arasında Azərbaycan və Şimali Kipr Türk Respublikasından gələn namizədlər də var. Bu testi qazanan namizədlər üçün isə 27 həftəlik çətin təhsilin startı verilir. Dünyanın ən çətin təhsillərindən biri olaraq göstərilən “İsparta Eğirdir Dağ Komando Məktəbinə” daxil olmaq hər bir hərbçi üçün böyük uğurdur.

scroll top