» » Türkiyədə referendum dolları bahalaşdırıb – YENİLƏNİB

Türkiyədə referendum dolları bahalaşdırıb – YENİLƏNİB

Türkiyədə referendum dolları bahalaşdırıb – YENİLƏNİB

Türkiyədə ABŞ dollarının məzənnəsi bu gün, aprelin 17-də kəskin ucuzlaşaraq 3,62 TRY/USD səviyyəsinə qədər gerilədikdən sonra bir qədər yüksələrək 3,66 lirəyə çatıb. 

Ucarliyiq.biz-ın məlumatına görə, “Report”un analitik qrupu bildirir ki, dolların məzənnəsindəki artım qısamüddətli texniki hərəkətdir:

“Hazırda dolların məzənnəsinin artması üçün heç bir siyasi-iqtisadi səbəb yoxdur. 
Yay aylarında isə turizm mövsümü ilə əlaqədar Türkiyəyə dollar axınının güclənməsi gözlənilir ki, bu da dolların məzənnəsini aşağı salacaq”.

Analitik qrup dolların məzənnəsinin yay aylarının sonuna qədər 3,60 TRY/USD səviyyəsindən də aşağı enəcəyini ehtimal edir. Ümumiyyətlə, yaxın bir il ərzində inkişaf etməkdə olan ölkələrin yerli valyutalarında ciddi devalvasiya gözlənilmir. 

Qlobal iqtisadiyyatda böhranın 2018-ci ilin II yarısından etibarən yenidən və daha ciddi şəkildə başlayacağı gözlənilir.

10:20

Ötən cümə gecəsi Türkiyədə dollar 11 dəqiqə ərzində 3,68 TL-dən 3,75 TL-yə qalxıb. 

Bu qəfil məzənnə sıçrayışının referendum ilə əlaqəsi olmadığını ifadə edən banklar vəziyyəti aşağı həcmli elektron bazarda edilən “keriz silkələmə əməliyyatı” kimi şərh etmişdilər.

Ucarliyiq.biz Fins.az-a istinadən xəbər verir ki, cümə gününə 3,67 TL-dən başlayan dollar, ölkədə bazarlar bağlandığı saatda 3,68 TL səviyyəsində idi. 

Cümə gecə yarısı dollarda gözlənilməz sərt bir hərəkətlilik yaşandı və saat 23:48-də 3,68 TL olan dollar məzənnəsi saat 23:59-dan etibarən 3,75 TL-yə yüksəldi. 

Məzənnədəki bu sərt hərəkətin səbəbi ciddi mübahisələndirildiyi bir vaxtda bunun referendumun nəticələri ilə əlaqəli olub-olmadığı da müzakirə edildi. Ancaq analitiklər məzənnənin 11 dəqiqədə 0,7 TL  sıçramasının referendumla əlaqəli olmadığını iddia edirlər.

Bazarda yaşanan bu hərəkətin zaman və görüntü etibarilə tam bir manipulyasiya olduğunu ifadə edən banklar məzənnə sıçrayışının çoxlu qurbanı olduğuna diqqət çəkib.

Interesting facts scroll top