» » ABŞ Koreya sahillərinə üç gəmi göndərəcək

ABŞ Koreya sahillərinə üç gəmi göndərəcək

ABŞ Koreya sahillərinə üç gəmi göndərəcək

Daha öncə yayılan məlumata görə, ABŞ Koreya yarımadasının sahillərinə  bir “Karl Vinson” aviasiya daşıyan gəmi deyil, üç zərbə qrupu göndərməyi planlaşdırır. Hazırda Vaşinqton və Seul bu gəmilərin birgə təlimlərdə iştirakını müzakirə edirlər. 

“Komsomolskaya pravda”ya istinadən xəbər verir ki, Amerika Cənubi Koreya sahillərinə üç aviasiya daşıyan gəmi göndərəcək, bu barədə Cənubi Koreya hökumətində olan mənbə bildirib. 

Gözlənildiyi kimi, “Karl Vinson” aviadaşıyıcısı Yapon dənizinə aprelin 25-də daxil olacaq. Onunla bərabər Koreya yarımadasına “Ronald Reyqan” və “Nimits” gəmisi də yan alacaq. 

Mənbənin sözlərinə görə, Cənubi Koreya sahillərinə eyni anda üç zərbə qrupunun yan alması görünməmiş hadisədir. 

Zərbə qruplarının Koreya yarımadasına göndərilməsi, çox güman ki, Pxenyanın keçirdiyi nüvə sınaqlarıdır. Şimali Koreya gəmilərin yan almasını ABŞ-ın təcavüzkar niyyətinin sübutu hesab edir və lazım olduğu halda cavab addımı atmağa hazır olduqlarını da bəyan ediblər.  

Interesting facts scroll top