» » Brent neftinin qiyməti 55 dollardan aşağı düşdü

Brent neftinin qiyməti 55 dollardan aşağı düşdü

Brent neftinin qiyməti 55 dollardan aşağı düşdü

“Qara qızıl”ın dünya qiymətləri çərşənbə axşamı ucuzlaşıb. Belə ki, investorlar ABŞ Energetika Nazirliyinin ölkədə neft hasilatının artmasına dair proqnozunun göstəricilərini dəyərləndiriblər.   

ucarliyiq.biz xəbər verir ki, Bakı vaxtı ilə saat 15:19-a olan məlumata görə, Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 0,96% ucuzlaşaraq 54,83 dollar, WTI markalı neftin may fyuçersləri isə 0,84% azalaraq 52,21 dollar olub.

Analitiklər ölkədə neft ehtiyatının artacağını istisna etmirlər. Belə ki, yerli şirkətlər istehsalata milyardlarla sərmayə yatırırlar. Hazırda investorlar ABŞ Energetika Nazirliyindən çərşənbə günü elan ediləcək xammal ehtiyatları üzrə məlumatların açıqlanmasını gözləyirlər.   

Interesting facts scroll top