» » Peruda daşqın qurbanlarının sayı 110 nəfəri ötüb

Peruda daşqın qurbanlarının sayı 110 nəfəri ötüb

Peruda daşqın qurbanlarının sayı 110 nəfəri ötüb

Güclü daşqınlar nəticəsində 113 nəfər ölüb. 

Ucarliyiq.biz ucarliyiq.biz xəbər verir ki, bu barədə çərşənbə axşamı ölkənin Fövqəladə hallarda fəaliyyət üzrə Milli Mərkəzi məlumat verib.

Daha öncə 107 nəfərin ölməsinə dair məlumat yayılmışdı. Ekspertlər son 10 ilin ən güclü daşqınları olduğunu bildiriblər.

Mərkəzin məlumatına görə, daha 17 nəfər itkin düşmüş sayılır. Təbii fəlakət nəticəsində 400 nəfər xəsarət alıb. 178 min nəfər əmlakından məhrum olub. Daşqınlar ümumilikdə 1 milyondan çox insana zərər vurub. 

Dağılmış evlərin sayı 20 mini ötüb. 237 min tikili qismən dağılıb. Daşqınlar nəticəsində, həmçinin 53 məktəb, 11 tibb mərkəzi, 2,7 kilometr yol və 316 körpü dağılıb.

Dağıntılar və ölənlər, əsasən Piura, Lambayeke, La-Libertad və Ankaş rayonlarında qeydə alınıb.

scroll top