» » Tramp “Amerika malı al, amerikalıları işə al” fərmanını imzaladı

Tramp “Amerika malı al, amerikalıları işə al” fərmanını imzaladı

Tramp “Amerika malı al, amerikalıları işə al” fərmanını imzaladı

ABŞ prezidenti “Amerika malı al, amerikalıları işə al” adlı fərman imzalayıb. 

Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

Bu fərman amerikalı istehsalçıların və fəhlələrin müdafiəsinə istiqamətlənib. Sənəd konkret tədbirlər tətbiq etmir, amma Amerika mallarının bazarda vəziyyətini öyrənməyə istiqamətlənib. 

Bundan başqa,  sözlərinə görə, fərman N-1V işçi vizasını alan xarici vətəndaşlar arasında seçimi daha dəqiq etməyə imkan verəcək. 

“Hazırda N-1V, tamamən, təsadüfi sistem üzrə verilir və bu, doğru deyil. Əksinə, bu viza yalnız ən yüksək ixtisaslı və yüksək məvacibli namizədlərə verilməlidir. Bundan başqa, onlara amerikalıları əvəz etmək imkanı verilməməlidir”, - Tramp bildirib.  

Aprelin əvvəlində Amerika prezidenti ticarət haqqında iki fərman imzalayıb.

scroll top