» » “Pobeda” təyyarədə oturacaq çatışmazlığı ucbatından sərnişindaşımadan imtina edib

“Pobeda” təyyarədə oturacaq çatışmazlığı ucbatından sərnişindaşımadan imtina edib

“Pobeda” təyyarədə oturacaq çatışmazlığı ucbatından sərnişindaşımadan imtina edib

“Pobeda” (“Aeroflot”un törəməsi) aprelin 15-də Moskva-Yekaterinburq reysi üzrə uşaqlı qadına aviadaşımada etiraz edib. Belə ki, satılan biletlərin sayı təyyarədə olan oturacaqların sayından artıq olub.  

“Vedomosti” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya aviasiyasının mətbuat xidməti məlumat yayıb. 

Bununla yanaşı, qeydiyyatda oturma talonunun verilməsinə etiraz səbəbini sərnişinlərin siyahısı proqramında problemin yaranması kimi izah ediblər. Bu isə sərnişindaşıma üçün imtinaya səbəb ola bilməz, əl ilə qeydiyyat aparmaq olardı, sərnişin şikayət edib. 

Aviaşirkət çərşənbə axşamı hadisəni araşdırdığı barədə məlumat yayıb. İlkin olaraq uşaqlı sərnişin qeydiyyatın bitməsinə iki dəqiqə qalmış yaxınlaşıb. Qadının yanındakı uşaq serebral iflicdən əziyyət çəkdiyi üçün onu uçuşu gecikdirmədən təyyarəyə oturtmaq mümkün olmayıb. 

Sərnişin Yekaterinburqa digər aviaşirkətin təyyarəsi ilə uçub. Onun üçün “Vnukovo” aeroportundan transfer də təşkil ediblər. Aviaşirkət qrup rəhbərini sərnişini təyyarəyə yerləşdirmək üçün əlindən gələni etmədiyinə görə işdən qovmaq qərarına gəlib.  

“Rusiya aviasiyası” “Pobeda”nı sərnişinə biletlərin dəyərini, mənəvi ziyanı ödəməyə və ondan üzr istəməyə çağırıb. “Pobeda” artıq fiziki məhdudiyyəti olan sərnişinlərin xidməti üzrə xüsusi təlimatın hazırlanması üzrə işlərə başlayıb, bu barədə şirkətin nümayəndəsi bildirib.  

Xatırladaq ki, “Pobeda” aviaşirkəti “Aeroflot” şirkətlər qrupuna daxildir. 2016-cı ilin oktyabr ayının 30-dan Bakıdan Rostov-na-Donu şəhərinə müntəzəm reyslər həyata keçirir. 

A.M.

scroll top