» » Tbilisi metrosunun sərnişinlərinə maraqlı sürpriz – FOTO

Tbilisi metrosunun sərnişinlərinə maraqlı sürpriz – FOTO

Tbilisi metrosunun sərnişinlərinə maraqlı sürpriz – FOTO

Aprelin 19-da Tbilisi metrosunun sərnişinləri maraqlı aksiya ilə üzləşiblər.

“Qruziya Online” nəşrinə istinadən məlumat verir ki, sərnişinlər “İntellekt” və “Artanuci” nəşriyyatlarının kitablarını hədiyyə alıblar.  

Bundan əlavə onlara aprelin 23-də Mtatsminda Panteonunda keçiriləcək “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nə həsr olunmuş tədbirə dəvətnamə verilib.

Tədbir çərçivəsində Panteonun ərazisində sərgi açılacaq və kitablar endirimlə satılacaq.

Tbilisi meriyası həmçinin “şəhər-kitabxana” layihəsini də gerçəkləşdirir. Layihə çərçivəsində ilin sonuna qədər Tbilisi metrosunun bütün stansiyalarında elektron kitabların yüklənməsi üçün QR-kodlu qurğular quraşdırılacaq. Ümumilikdə şəhərdə 300 elektron kitabxananın istifadəyə verilməsi planlaşdırılır.



Interesting facts scroll top