» » Tillerson İrana qarşı “strateji dözümü” yanlış yanaşma adlandırdı

Tillerson İrana qarşı “strateji dözümü” yanlış yanaşma adlandırdı

Tillerson İrana qarşı “strateji dözümü” yanlış yanaşma adlandırdı

ABŞ-ın dövlət katibi Reks Tillerson İrana qarşı “strateji dözümü” yanlış yanaşma adlandırıb və bu ölkə rəhbərliyi ilə nüvə proqramı üzrə sazişi tənqid edib.

gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb. 

“Müştərək ümumi fəaliyyət planı, İranın nüvəsiz statusuna nail olmaq məqsədi uğursuz oldu. Bu yalnız onların nüvə dövləti olmaq məqsədini təxirə salır. Bu saziş keçmişin uğursuz yanaşmasıdır”, - o deyib. 

Tillerson, həmçinin İranı terrorizmə sponsorluq edən başlıca dövlət adlandırıb və onu Suriya, Yəmən, İraq və Livanda ABŞ-ın maraqlarına xələl gətirməkdə, eləcə də İsrailə qarşı hücumları dəstəkləməyə davam etməkdə ittiham edib.     

Martın əvvəlində Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Yukio Amano Tillersona İran ilə nüvə sazişinin vacibliyindən danışıb. 

S.S.

scroll top