» » İranda avtobus qəzaya uğrayıb: Ölənlər var

İranda avtobus qəzaya uğrayıb: Ölənlər var

İranda avtobus qəzaya uğrayıb: Ölənlər var

İranda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 11 nəfər ölüb. 

Ucarliyiq.biz ucarliyiq.biz xəbər verir ki, avtobusda 30 nəfər olub.

Səbzəvər şəhərinin Təcili Yardım Mərkəzinin rəis müavini Hadi Abbas Abadi bildirib ki, 7 nəfər hadisə yerində dünyasını dəyişib, digər 4 nəfər isə aldığı xəsarətdən xəstəxanada ölüb. 

Avtobus Məşhəddən İsfahana gedərkən qəzaya uğrayıb. Qəzanın dəqiq səbəbləri hələlik məlum deyil. Lakin ilkin məlumatlara görə, avtobusdan öndə gedən yük maşını gözlənilməz manevr edib, bu da toqquşmaya səbəb olub.

scroll top