» » “Eurovision”ın yayımı zamanı erməni diktoru Azərbaycanı elan etməyib

“Eurovision”ın yayımı zamanı erməni diktoru Azərbaycanı elan etməyib

“Eurovision”ın yayımı zamanı erməni diktoru Azərbaycanı elan etməyib

“Eurovision 2017” mahnı müsabiqəsində növbəti erməni təxribatı baş verib.

Ucarliyiq.biz Gazeta.ru-ya istinadən xəbər verir ki, “Eurovision 2017” mahnı müsabiqəsində  Azərbaycanın nümayəndəsi Dihajın profaylının nümayişi zamanı Ermənistanın Birinci kanalının diktoru çıxış edən haqqında bir kəlmə də deməyib. O, efirdə “Bu gün Ermənistanda üç bayram: “Qələbə günü”, “Qarabağ ordusunun günü”, “Şuşanın azad olunması günü” qeyd edilir” bəyan edib. 

Bundan sonra Azərbaycanın adını çəkmədən erməni diktoru “İndi isə növbəti ölkənin nümayəndəsi “Skeletlər” mahnısı ilə çıxış edir”.  

Qeyd edək ki, Dihaj “Skeletons” mahnısı ilə “Eurovision 2017” müsabiqəsinin finalına vəsiqə qazanıb, Azərbaycandan başqa finala Moldova, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Ermənistan, Avstraliya, Kipr və Belçika da vəsiqə qazanıb. 

Interesting facts scroll top