» » Azərbaycanlı modelyer türkiyəli məşhura ərə getdi – FOTO + VİDEO

Azərbaycanlı modelyer türkiyəli məşhura ərə getdi – FOTO + VİDEO

Azərbaycanlı modelyer türkiyəli məşhura ərə getdi – FOTO + VİDEO

Azərbaycanlı modelyer Zümrüd Mirzəliyeva türkiyəli məşhur Ali Dereliyə ərə gedib.

Ucarliyiq.biz-ın məlumatına görə, aprel ayının əvvəllərində nişanlandıqlarını açıqlayan cütlüyün toy mərasimi dünən Bakıdakı şadlıq saraylarının birində baş tutub.

Zümrüd və Ali Türkiyədə də toy edəcəklər.

Z.Mirzəliyeva Ali ilə bir serial layihəsi zamanı 3 ildir tanış olub. Daha sonra münasibətlərini internet vasitəsilə davam etdirən cütlük artıq bir ailədir.

Ali Dereli model, müğənni və aktyor kimi fəaliyyət göstərir. O, karyerasına “Mum” adlı mahnı və klipi ilə başlayıb. Daha sonra isə “Arka sokaklar”, “Kanıt”, “Aşk-ı Memnu” kimi seriallarda çəkilib.





scroll top