» » Avstraliya parlamentində siyasətçi ilk dəfə uşaq əmizdirdi

Avstraliya parlamentində siyasətçi ilk dəfə uşaq əmizdirdi

Avstraliya parlamentində siyasətçi ilk dəfə uşaq əmizdirdi

Senator Larisa Uoters Avstraliya parlamentində uşaq əmizdirən ilk siyasətçi olub.

Ucarliyiq.biz bu barədə BBC-yə istinadən xəbər verir. 

“Sol Yaşıllar” partiyasının üzvü olan Larisa Uoters parlamentdə iki aylıq qızı Alia Joyu çərşənbə axşamı səsvermə zamanı əmizdirib. 

Avstraliya parlamenti 2016-cı ildə qanuna edilən dəyişikliklərlə körpəni yedirməyə icazə verib. Amma Uotersə qədər heç bir siyasətçi bu hüququndan istifadə etməyib. 

Daha öncə uşaqlara parlament binasında olmaq qadağan edilmişdi, uşaqlarını əmizdirmək üçün çıxmalı olan qadın siyasətçilər etibarnamə ilə səs verə bilərdilər. 

“Parlamentdə daha çox qadına və anaya ehtiyac var. İş zamanının daha elastik olması hər kəs üçün daha yaxşı olardı. Uşaqların qulluğa ehtiyacı var”, - Uoters “Facebook” hesabında yazıb. 

Interesting facts scroll top