» » Koreyada yeni baş nazir təyin edildi

Koreyada yeni baş nazir təyin edildi

Koreyada yeni baş nazir təyin edildi

Cənubi Koreyanın yeni prezidenti Mun Çje İn ölkənin Çolla-Namdo əyalətinin sabiq qubernatoru Li Nak Yonu baş nazir təyin edib. 

Ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyası məlumat yayıb.  

Mun Çje İn, həmçinin Nazirlər Kabinetində və Prezident Administrasiyasında digər əsas postlara təyinatlara dair bəyanat verəcək. Əsasən, Milli Kəşfiyyat Xidmətinin, Baş qərargahın və prezident mühafizəsinin rəhbərlərinin adları açıqlanacaq.   

Mun Çje İn mayın 9-da Cənubi Koreya Respublikasında keçirilən prezident seçkilərində 41,1% səslə qalib gəlib. 

scroll top