» » Amerikanın ismarıcını Çin, Rusiya və KXDR-a “bütün bombaların anası” çatdırdı

Amerikanın ismarıcını Çin, Rusiya və KXDR-a “bütün bombaların anası” çatdırdı

Amerikanın ismarıcını Çin, Rusiya və KXDR-a “bütün bombaların anası” çatdırdı

ABŞ-ın respublikaçı senatoru Mitç Makkonnell bəyan edib ki,  Əfqanıstanda “bütün bombaların anası” bombasının partlayışı Çin, Rusiya və Şimali Koreyaya lazımi ismarıcı çatdırıb. ABŞ ümid edir ki, bu ismarıc yuxarıda adı çəkilən ölkələrin liderləri tərəfindən düzgün başa düşüləcək.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. 

“Deyəsən, Vladimir Putin də daxil olmaqla bir neçə ölkənin lideri bizim ismarıcı anlamayıblar. Rusiya prezidentinin Əfqanıstandan sonra döyüşü Suriyada təkrarlaya bilməyəcəyini başa düşərsə, yaxşıdır. Moskva tərəfindən taliblərə silahın göndərilməsi məyusedici hal idi, bu, Moskvanın daha güclü siqnallara ehtiyacı olduğunu göstərir”, - Mitç Makkonnell bildirib. 

Qeyd etmək lazımdır ki, NATO qüvvələrinin Avropadakı baş komandanı Kertis Skaparrotti Moskvanın taliblərə silah göndərdiyini təsdiqləyib, bu isə Rusiya hakimiyyətinin sərt cavabına səbəb olub.

scroll top